HEYDƏR ƏLİYEV - 100


Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Xırdalan, 30 mart, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Abşeron rayonunda təşkil edilən silsilə tədbirlər çərçivəsində Ulu Öndərin unudulmaz xatirəsinə ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiyada Abşeron Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatlarının, YAP Abşeron rayon təşkilatının rəhbərliyi, şəhid ailələri və qazilər iştirak ediblər. Gənclərin və könüllülərin də fəal qatıldığı aksiyada 1000-ə yaxın Eldar şamı və zeytun kimi həmişəyaşıl ağaclar əkilib.

Əkilən hər bir ağacın küləkdən qorunması üçün bərkidilmə işləri həyata keçirilib, normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilib, yeni salınmış yaşıllıq zonasının daimi suvarılmasını təmin etmək məqsədilə suvarma şəbəkəsi qurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.