REGİONLAR


Abşeron rayonunda Şəhidlər memorial kompleksi tikiləcək

Xırdalan, 28 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun Masazır, Novxanı və Saray qəsəbələrində dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət edərək, üzərinə tər güllər qoymuş, onların xatirəsini bir dəqiqəlik sükutla yad edib.

AZƏRTAC xəbər verir ki, şəhidlərimizin ailə üzvləri ilə görüşən Abdin Fərzəliyev Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, iradəsi sayəsində xalqımızın Vətən müharibəsində qalib gələrək 30 illik Vətən həsrətinə son qoyulduğunu vurğulayıb, ordu-xalq-hakimiyyət birliyi nəticəsində düşmənin döyüş meydanında diz çökdürüldüyünü bildirib. Ölkəmizdə şəhid və qazi ailələrinə böyük diqqət və qayğı göstərildiyini, bunun dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd edən Abdin Fərzəliyev Abşeron rayonunda da bu qayğının davam etdirildiyini diqqətə çatdırıb.

İcra başçısı Abşeron rayonunda Şəhidlər Kompleksinin tikintisinin planlaşdırıldığını qeyd edərək bildirib ki, artıq memorial kompleksin layihəsi işlənir və yaxın günlərdə bütün şəhid ailələrinin iştirakı ilə müzakirə ediləcək, onların təklifləri dinləniləcək.

Şəhid ailələri də öz növbələrində dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Sonra Abdin Fərzəliyev şəhid baş leytenant Paşayev Daşdəmir Əlizaman oğlunun doğum günü ilə əlaqədar olaraq İkinci Fəxri xiyabana gəlib. Burada şəhidin ailə üzvləri ilə birgə D.Paşayevin məzarı ziyarət olunub, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub.

Şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi şücaətdən danışılıb. Məktəblilər Vətənə və D.Paşayevə həsr olunmuş şeirlər səsləndiriblər.

Abdin Fərzəliyev şəhidin ailə üzvlərinin qayğıları və problemləri ilə maraqlanaraq bildirib ki, bundan sonra da ailə daimi dövlət qayğısı ilə əhatə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.