REGİONLAR


Abşeron rayonunda ağır yol qəzası baş verib

Xırdalan, 10 sentyabr, AZƏRTAC

Abşeron rayonunun ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza ötən axşam rayonun Saray qəsəbəsinə gedən yeni avtomobil yolunda qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, hərəkətdə olan “50 DG 539” və “90 EN 982” dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində 1965-ci il təvəllüdlü Fərhad Fərhadov, 1969-cu il təvəllüdlü Adil Məmmədov, 1986-cı il təvəllüdlü Firdovsi Novruzov, 1965-ci il təvəllüdlü Rafiq Rüstəmov, 1994-cü il təvəllüdlü Şamil Şahbazov, 1975-ci il təvəllüdlü Aygün Muradova, 1995-ci il təvəllüdlü Bəhruz Şahmuradov, 1968-ci il təvəllüdlü Fərəməz Vəlişov və 1951-ci il təvəllüdlü Tamam Muradova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.