REGİONLAR


Abşeron rayonunda avtomobil yollarının kənarlarına həmişəyaşıl ağacları və xan çinarları əkilib

Xırdalan, 5 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC

Dekabrın 5-də Abşeron rayonunun Məmmədli kəndində növbəti ağacəkmə aksiyası təşkil olunub. Abşeron rayonunun yaranmasının 55 illik yubileyinə həsr olunmuş aksiyada kəndin daxili və magistral avtomobil yollarının ətrafı təmizlənib, abadlıq işləri aparılıb.

AZƏRTAC xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyəti və kənd bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən aksiyada rayon rəhbərliyi, fəal gənclər və kənd sakinləri iştirak ediblər. Yolların kənarlarında 3 min ədəd həmişəyaşıl ağac və xan çinarları əkilib. Əkilən ağaclara üzvi gübrə verilərək suvarılıb.

Rayon ərazisində yeni ağacların əkilməsi istiqamətində görülən işlərin bundan sonra da diqqət mərkəzində saxlanılacağını qeyd edən rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirib ki, ağacəkmə aksiyalarının keçirilməsində əsas məqsəd ərazidə yaşıllıq zolaqlarının sayının artırılması, ətraf mühitin sağlamlaşdırılması, avtomobil yollarının estetik görünüşünün yaxşılaşdırılmasını təmin etməkdir.

Qeyd edilib ki, cari ildə Abşeron rayonu ərazisində dəfələrlə ağacəkmə aksiyaları keçirilib və bu aksiyalarda 61 min ağac və gül kolları əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.