CƏMİYYƏT
Abşeron rayonunda baş vermiş yol-nəqliyyat hadisəsini törədən Qax rayon sakini saxlanılıb
Bakı, 7 iyul, AZƏRTAC
Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyulun 4-də Abşeron rayonunda “Haojue” markalı motosikleti vuraraq Teymur Teyyubovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Ford” markalı avtomobilin sürücüsü, Qax rayon sakini N.Cumayev Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
İyulun 6-da saat 21 radələrində Yevlax şəhəri ərazisində yolu keçən Vüsalə Mustafayeva Gəncə şəhər sakini N.Abbasovun idarə etdiyi “İsuzu” markalı yük avtomobili ilə vurulub. Nəticədə piyada hadisə yerində ölüb.
Hər iki hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]