REGİONLAR


Abşeron rayonunda əmək yarmarkası keçirilib

Xırdalan, 14 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Xırdalandakı Mədəniyyət Mərkəzində Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon Məşğulluq Mərkəzinin təşkil etdiyi əmək yarmarkasında 7-si dövlət, qalanları qeyri-dövlət sektoruna aid olmaqla, ümumilikdə, 30 müəssisə üzrə 272 boş (vakant) iş yeri işsiz və iş axtaran vətəndaşlara təklif edilib.

Abşeron Rayon Məşğulluq Mərkəzinin sektor müdiri Abbas Məmmədov AZƏRTAC-a bildirib ki, təqdim olunan vakant iş yerlərində əmək haqqının ən aşağı həddi 130-200 manat, ən yüksək həddi isə 1500-2000 manat təşkil edib. Yarmarkada 62 nəfər işə göndəriş alıb.

Tədbir zamanı əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyənlər hazırlıq kurslarına cəlb olunmaq üçün qeydiyyata alınıb. Ümumilikdə, yarmarkada 400-dən çox sakin iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.