CƏMİYYƏT
Abşeron rayonunda evdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub
Bakı, 13 aprel, AZƏRTAC
Abşeron rayonunda evdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cari il yanvarın 7-də rayon ərazisindəki evlərin birindən 500 manat dəyərində qızıl-zinət əşyaları, 2 min manat məbləğində və 13 min 60 ABŞ dolları məbləğində pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.Qasımova Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.