REGİONLAR


Abşeron rayonunda iki ağır yol-nəqliyyat hadisəsi baş verib

Xırdalan, 9 mart, AZƏRTAC

Abşeron rayonunda bayram günü ölümlə nəticələnən iki ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Rayon Polis İdarəsindən AZƏRTAC–a verilən məlumata görə, yol qəzalarından biri Hökməli qəsəbəsi ərazisində baş verib. Belə ki, Qobu qəsəbə sakini İ.Ocaqov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini H.Məmmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Digər nəqliyyat hadisəsi isə rayonun Novxanı qəsəbəsi ərazisində olub. Sumqayıt şəhər sakini S.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən M.Mütəllimzadəni vurub və nəticədə piyada hadisə yerində keçinib.

Hər iki faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.