CƏMİYYƏT


Abşeron rayonunda iki evdən 55 min manat dəyərində məişət əşyaları oğurlanıb

Bakı, 23 may, AZƏRTAC

Abşeron və Masallı rayonlarında oğurluqla məşğul olan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, martın 21-dən mayın 21-dək olan müddətdə Abşeron rayonu ərazisindəki 2 evdən 1000 manat dəyərində inşaat materialları və 55.000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini F.Tahirov Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Mayın 21-də isə Masallı rayon ərazisindəki çayxanaların birindən 2 ədəd samovar oğurlamaqda şübhəli bilinən Ərkivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Əzizov Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.

Ətrafında aparılmış tədbirlərlə onun Telekommunikasiya Qovşağına məxsus 6 ədəd kanalizasiya quyularının qapağını və həyətlərin birindən su nasosu və 2 ədəd samovar oğurlaması da müəyyən edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.