CƏMİYYƏT


Abşeron rayonunda karantin qaydalarına əməl etməyən şəxslərə qarşı reyd keçirilib VİDEO

Bakı, 2 noyabr, AZƏRTAC

Noyabrın 2-də səhər saatlarından başlayaraq Abşeron rayonunda COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə növbəti profilaktik təbliğat işlərinə start verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Abşeron Rayon Polis İdarəsi və Mehdiabad Polis Bölməsinin əməkdaşlarından təşkil olunan mobil qruplar vasitəsilə Xırdalan şəhəri, Mehdiabad və Novxanı qəsəbələrində fəaliyyətinə icazə verilən obyektlərə baxış keçirilib, sakinlərlə söhbətlər aparılıb. Polis əməkdaşları tərəfindən satıcı və alıcıların tibbi maskalardan istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərdə yarana biləcək sıxlığın qarşısının alınması və ticarət obyektinin dezinfeksiya vasitələri ilə təmin olunmasının zəruriliyi bir daha diqqətə çatdırılıb.

Reydlər zamanı mağazalara maskasız daxil olan və bu hala nəzarət etməyən obyekt əməkdaşları polislər tərəfindən qanunvericiliyə uyğun şəkildə cəzalandırılıb. Tədbir zamanı polis əməkdaşları sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyini satıcı və alıcıların diqqətinə çatdırıblar. Reydlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, dəfələrdə olunan xəbərdarlıqlardan nəticə çıxarmayan şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb ediliblər.

Abşeron rayonunda karantin qaydalarına əməl olunmasını təmin etmək məqsədilə polis əməkdaşları tərəfindən nəzarət bundan sonra da mütəmadi şəkildə davam etdiriləcək.

Vətəndaşlardan biz daha tələb olunur ki, koronavirusun cəmiyyətimizin müxtəlif təbəqələri arasında yayılmasına imkan verməmək üçün karantin qaydalarına əməl etsinlər. Bunun üçün hər birimizdən sosial məsafəni gözləmək, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni. maskalardan istifadə etmək və şəxsi gigiyenaya fikir vermək lazımdır.

Qeyd edək ki, COVID-19 infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il dekabrın 1-dək uzadılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.