CƏMİYYƏT


Abşeron rayonunda karantin qaydalarını pozan kafe aşkarlanıb VİDEO

Bakı, 16 sentyabr, AZƏRTAC

Abşeron rayonunda karantin qaydalarını pozaraq müştərilərə gecə saat 00:00-dan sonra xidmət göstərən kafe aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazidə xidmət aparan zaman Xırdalan şəhərində yerləşən “Read Houses” adlı kafenin saat 01:30 radələrində müştərilərə xidmət göstərdiyini müəyyənləşdiriblər. Obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb, kafenin sahibi Əliağa Məmmədov və 11 müştəri saxlanılaraq rayon polis idarəsinə dəvət ediliblər. Müştərilər və kafenin sahibi barəsində inzibati qaydada tədbir görülüb və onların hər biri cərimələnib. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və karantin qaydalarına əməl olunmasının vacibliyi bir daha onların diqqətinə çatdırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.