CƏMİYYƏT


Abşeron rayonunda kimyəvi maddələr saxlanılan anbarda yanğın baş verib

Bakı, 12 iyul, AZƏRTAC

Abşeron rayonunda ümumi sahəsi 125 kvadratmetr olan anbarın yanar konstruksiyaları, içərisinə yığılan hər birinin həcmi 200 litr olan 20 ədəd, hər birinin tutumu 1 ton olan 2 ədəd kimyəvi maddələr saxlanan çəlləklər və 8 ədəd əhəng kisəsi yanıb.

AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında istinadla xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yaxınlıqdakı tikililər və ev yanğından mühafizə olunub. Yanğın söndürülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.