CƏMİYYƏT


Abşeron rayonunda məcburi köçkünlər üçün keçirilən əmək yarmarkasında 881 vakant iş yeri təqdim olunub

Bakı, 8 may, AZƏRTAC 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Abşeron rayonunda məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib. Tədbir rayonda məcburi köçkünlər üçün inşa olunmuş yeni yaşayış kompleksində təşkil edilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, yarmarkada 80 müəssisədən 881 vakant iş yeri təqdim olunub.

Tədbirin açılışında qeyd olunub ki, Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biri ölkədə məşğulluq imkanlarının artırılması, əmək resurslarının səmərəli məşğulluğunun təminatıdır. Bu siyasətə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti aktiv məşğulluq tədbirlərini ildən-ilə gücləndirir. Məcburi köçkünlərin məşğulluğunun təmin olunması da xidmətin əsas fəaliyyət istiqamətlərindən biridir.

Bu ilin birinci rübündə Dövlət Məşğulluq Xidməti tərəfindən 1876 məcburi köçkün münasib işlə təmin edilib, 1529 məcburi köçkün “İşsizin DOSTu” proqramı çərçivəsində əmək müqaviləsi əsasında ödənişli ictimai işlərə cəlb olunub. Sosial cəhətdən həssas qruplardan biri olan məcburi köçkünlərin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarına sahib olmaları sahəsində də işlər davam etdirilir. Cari ilin yanvar-aprel aylarında bu proqrama 1610 nəfər cəlb olunub ki, onlardan 400-ə yaxını məcburi köçkünlərdir.

Hazırda keçirilən əmək yarmarkası da məcburi köçkünlərdən işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının dəstəklənməsinə, onların məşğulluğunun təminatına xidmət edir.

Tədbirdə, həmçinin məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlər diqqətə çatdırılıb, Abşeron rayonunda onlar üçün inşa olunmuş yeni yaşayış kompleksində müasir tələblərə uyğun infrastrukturun yaradıldığı vurğulanıb.

Vakant iş yerləri təklif edən müəssisələrin nümayəndələrinin də iştirak etdiyi yarmarkada işsiz və işaxtaran şəxslərə peşə bacarıqlarına, əmək vərdişlərinə və seçimlərinə uyğun boş (vakant) iş yerlərinə göndərişlər verilib. Əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyən şəxslər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıblar. Bununla yanaşı, haqqı ödənilən ictimai işlərdə çalışmaq istəyənlərin də qeydiyyatı aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.