CƏMİYYƏT


Abşeron rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən motosikletli narkokuryerlər saxlanılıblar VİDEO

Bakı, 4 iyul, AZƏRTAC

Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Xırdalan şəhərində narkotik vasitələrin satışı ilə məşğul olan Telman Əliyev tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, onun əlində olan çantaya baxış zamanı 1 kiloqram heroin, 3 kiloqram marixuana və 40 qram metamfetamin aşkar edilib.

İdarə əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində Fatmayı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Kənan Məmmədov saxlanılıb. Onun üzərindən 100 qram metamfetamin aşkar edilib. Telman Əliyev və Kənan Məmmədov xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq ölkə ərazisinə göndərilən narkotikləri Abşeron rayonu ərazisində satmaq məqsədi ilə qəbul ediblər. Araşdırma zamanı müəyyən edilib ki, Kənan Məmmədov narkotik vasitələrin satışı və Abşeron rayonu ərazisində paylanılması zamanı motosikletdən istifadə edirmiş. Sonuncu əməliyyatlar zamanı saxlanılan hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Narkotik vasitələrin Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.