REGİONLAR


Abşeron rayonunda on milyonuncu sakinin doğulması münasibətilə silsilə təbirlər təşkil olunub

Xırdalan, 9 aprel, Ətrabə Rzayeva, AZƏRTAC

Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi münasibətilə aprelin 8-də Abşeron rayonunda bir sıra tədbirlər keçirilib.

AZƏRTAC xəbər verir ki, ilk olaraq rayonun müxtəlif ərazilərində ağacəkmə aksiyası təşkil edilib. Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşan aksiya zamanı 600 ağac əkilib.

Sonra ölkəmizin 10 milyonuncu vətəndaşının dünyaya gəlməsinə həsr olunan iki yüzdən çox gəncin iştirakı ilə Xırdalanda yerləşən Heydər Əliyev Mərkəzinin qarşısında fləşmob nümayiş olunub.

Günün sonunda isə Heydər Əliyev Parkında Abşeron Mədəniyyət Evinin təşkilatçılığı ilə konsert proqramı təqdim edilib. Tədbir iştirakçıları rayonun özfəaliyyət kollektivlərinin hazırladığı bir-birindən maraqlı ifaları izləyib, incəsənət ustalarının şən mahnılarını dinləyiblər.

Konsert proqramı atəşfəşanlıqla başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.