REGİONLAR


Abşeron rayonunda ötən il 61 min ağac əkilib

Xırdalan, 22 fevral, Ətrabə Rzayeva, AZƏRTAC 

Abşeron rayonu ərazisində mərkəzi avtomobil yollarının kənarlarında abadlıq işləri davam etdirilir. Ümumilikdə, rayonun park, yol kənarı və digər ərazilərində ötən il 61 min ədəd zeytun, xan çinar, şam və digər növ ağaclar əkilib.

AZƏRTAC xəbər verir ki, Mehdiabad-Pirşağı, Hökməli-Qobu yolları boyunca hasarların hörülməsi, suvanaraq rənglənməsi işləri həyata keçirilir, Məmmədli kəndində mərkəzi Heydər Əliyev küçəsində yol kənarındakı divarlara 2160 kvadratmetr bəzək daşı vurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.