REGİONLAR


Abşeron rayonunda şəhid Turqut Xəlilbəylinin xatirəsi anılıb

Xırdalan, 4 iyun, Ə.Rzayeva, AZƏRTAC

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Qələbə qazandığı Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn, “Azərbaycan Bayrağı” ordeninə və “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülən tibb xidməti leytenantı Xəlilbəyli Turqut Nadir oğlunun 29-cu doğum günü qeyd edilib.

AZƏRTAC xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron rayon təşkilatının sədri, şəhid ailələri və qazilərlə birgə İkinci Fəxri xiyabanda uyuyan şəhidimizin məzarını ziyarət ediblər. Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad olunub, ruhlarına dualar oxunub, məzarları üzərinə tər çiçəklər düzülüb.

Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onun göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib.

Sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhidin əvvəllər yaşadığı Masazır qəsəbəsindəki evinə gələrək ailə üzvləri ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.

Şəhid Turqut Xəlilbəylinin valideynləri onlara dövlət tərəfindən böyük diqqət və qayğının göstərildiyini qeyd edərək, buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.