REGİONLAR


Abşeron rayonunda stomatoloqlar üçün səyyar kurs təşkil edilib

Xırdalan, 22 aprel, Ətrabə Rzayeva, AZƏRTAC

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrası Abşeron Mərkəzi Rayon Xəstəxanasında "Stomatologiyanın aktual məsələləri" mövzusunda səyyar kurs təşkil edib.

AZƏRTAC xəbər verir ki, 10 gün davam edən kursun əsas məqsədi Abşeron rayonunda çalışan həkimlərin stomatologiya və üz-çənə cərrahiyyəsi sahəsində praktik bacarıqlarının təkmilləşdirilməsindən ibarət olub.

İnstitutun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Oqtay Seyidbəyovun rəhbərliyi ilə kafedranın professor-müəllim heyəti tərəfindən aparılan kurs zamanı həkimlərə stomatologiya və üz-çənə cərrahiyyəsinin aktual məsələləri haqqında geniş məlumat verilib, qarşıya çıxan çətinliklərin aradan qaldırılması yolları göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.