CƏMİYYƏT


Abşeron rayonunda tullantı sularını kanala axıdanlar cərimələniblər

Bakı, 7 iyun, AZƏRTAC

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində tullantı sularının kanala axıdılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayəti Ətraf Mühitin Mühafizəsi Departamentinın əməkdaşları yerində araşdırıblar.

Departamentdən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı heyvandarlıq təsərrüfatlarında və “Ceyranbatan Dəmir-Beton” Açıq Səhmdar Cəmiyyətində (ASC) formalaşan tullantı sularının birbaşa kanala axıdıldığı aşkar olunub.

Faktlarla bağlı heyvandarlıq təsərrüfatlarının sahibləri Yaşar Səfərov, Dilqəm Vəliyev, Famil Rüstəmov, Mahir Səfərov, Etibar Səmədov, Firdovsi Səfərov və ASC-nin cavabdeh şəxsi Atəş Əmiraslanov barəsində protokol tərtib olunub və qanun pozucuları ümumilikdə 6950 manat məbləğində cərimə edilib.

Ərazidə yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə, Sumqayıt Bələdiyyəsinə və aidiyyəti orqanlara məktublar göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.