CƏMİYYƏT


Abşeron rayonunda vətəndaşın evinin həyətinə girən ayı balasını polislər müvafiq dövlət orqanına təhvil veriblər VİDEO

Bakı, 4 iyun, AZƏRTAC

Bu gün Abşeron rayonunun Saray qəsəbəsində yaşayan bir vətəndaş Daxili İşlər Nazirliyinin 102 - Xidməti Zəng Mərkəzinə müraciət edərək evinin həyətinə ayı balasının girdiyi barədə məlumat verib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal rayon polis idarəsinin saray polis bölməsinin əməkdaşları həmin ünvana yollanıb.

Ayı balası polislər tərəfindən təhlükəsizlik tədbirləri görülməklə götürülüb və sonra aidiyyəti üzrə müvafiq dövlət orqanına təhvil verilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.