Abşeron rayonunda yanğın nəticəsində ağacların bir qismi məhv olub
AzerTAg.az
Bakı, 3 avqust, AZƏRTAC
Abşeron rayonunda ekologiya postunun yaxınlığındakı yaşıllıq ərazidə ağacların məhv edilməsi ilə bağlı sosial şəbəkədə yayılan məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, ərazidə baş vermiş yanğınlar nəticəsində ağacların bir qismi məhv olub, bir qismi isə zədələnib. Yaşıllığa dəymiş ziyan hesablanaraq Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndərilib. Yanğınlar zamanı məhv olmuş ağacların əvəzində payız mövsümündə yeni ağaclar əkiləcək.
B.Məhəmmədov həmin ərazidə “Körpü-Bina-Tikinti” MMC tərəfindən tikinti işlərinin aparıldığını, lakin ağac kəsintisi faktının olmadığını bildirib.

Xəbərin mətnində orfoqrafik səhv var