REGİONLAR


Abşeron rayonunun Qobu və Saray qəsəbələri fasiləsiz, keyfiyyətli və dayanıqlı təbii qazla təmin ediləcək

Xırdalan, 30 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

Ölkəmizdə aparılan genişmiqyaslı quruculuq və abadlıq işləri Abşeron rayonunun Qobu və Saray qəsəbələrində də müşahidə olunur. Burada yaradılan şərait nəticəsində inşa edilən yaşayış evlərinin sayı durmadan artmaqda davam edir. Nəticədə istehlakçıları təbii qazla təmin edən qaz kəmərlərinə normadan artıq qaz verilməsi zərurəti yaranıb.

Abşeron Rayon İcra Hakimiyyətindən AZƏRTAC –a bildirilib ki, xüsusilə qış aylarında Qobu və Saray qəsəbələrin bütün hissələrində abonentləri tələbata uyğun olaraq təbii qazla təmin edilməsi məqsədilə rayon rəhbərliyi aidiyyəti qurumlar qarşısında qaldırdığı məsələnin nəticəsi olaraq “Azəriqaz” İB tərəfindən Abşeron rayonunun Qobu və Saray qəsəbələrinin qaz təchizatı sisteminin təkmilləşdirilməsinə dair layihə tərtib edilib.

Layihəyə uyğun olaraq, Qobu qəsəbəsi üzrə ümumi uzunluğu 5000 metr diametri 250 millimetrlik yeraltı polietilen və 1500 metr diametri 159 millimetrlik yerüstü metal, Saray qəsəbəsi üzrə isə ümumi uzunluğu 5500 metr diametri 315 millimetrlik yeraltı polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətlərinin çəkilməsi işləri həyata keçirilir.

Aparılan işlərin qısa zaman ərzində başa çatdırılması nəzərdə tutulub. Görülən işlər qeyd olunan ərazilərdə yaşayan 20 mindən artıq abonentlərin fasiləsiz, keyfiyyətli və dayanıqlı təbii qazla təmin olunmasına zəmin yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.