REGİONLAR


Abşeron rayonunun bəzi ərazilərinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq

Bakı, 25 aprel, AZƏRTAC

Aprelin 25-də saat 11:30-dan 14:30-dək Abşeron rayonunun Xırdalan şəhərinin 22, 23, 24, 25 və 26-cı məhəllələrinə və Masazır qəsəbəsinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr olacaq.

Bu barədə AZƏRTAC-a “Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayev bildirib ki, fasilə 110/10 kilovoltluq Əliağa Vahid yarımstansiyasında və bu yarımstansiyadan çıxan elektrik verilişi xətlərində aparılan yenidənqurma işləri ilə əlaqədardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.