İQTİSADİYYAT


Abşeron rayonunun bəzi ərazilərinin təbii qaz təchizatında məhdudiyyət olacaq

Bakı, 17 aprel, AZƏRTAC

Abşeron rayonunun bəzi ərazilərinin təbii qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Qaradağ-Sumqayıt” magistral qaz kəmərinin 27-28-ci kilometrlərarası dayaqlar üzərinə qaldırılması məqsədilə aparılan təmir işləri ilə əlaqədar aprelin 18-də saat 10:00-dan işlər yekunlaşdırılanadək diametri 530 millimetrlik “Qaradağ-Sumqayıt” magistral qaz kəmərindən qidalanan “Qobu”, “Müşfiqabad”, “Pirəkəşkül”, “Ceyranbatan” Qaz Paylayıcı Stansiyalarından və “Aşağı Güzdək” Qaz Tənzimləyici Məntəqəsindən qaz təchizatı dayandırılacaq. Təmir müddətində Abşeron rayonunun Qobu, Müşfiqabad, Pirəkəşkül, Aşağı Güzdək yaşayış sahələrində, eləcə də Ceyranbatan və Saray qəsəbələrinin qaz təchizatında məhdudiyyət yaranacaq.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin olunacaq. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.