REGİONLAR


Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq

Bakı, 19 sentyabr, AZƏRTAC

Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qaz xətti üzərində qaz tənzimləyicinin quraşdırılması, yeni çəkilmiş diametri 315 millimetrlik polietilen qaz xəttinin mövcud qaz mənbəyinə qoşulması və diametri 530 millimetrlik siyirtmənin dəyişdirilməsi ilə əlaqədar sentyabrın 20-də saat 09:00-dan işlər yekunlaşanadək Abşeron rayonu Xırdalan şəhərinin, həmçinin Hökməli, Atyalı, Qobu, Daş Güzdək, Aşağı Güzdək və Çiçək qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan təmir işlərinin Binəqədi rayonu 6,7,8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Biləcəri və Xutor qəsəbələrinin eləcə də Motodrom ərazisində bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.

Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.