REGİONLAR
Abşeron suvarma kanalına çirkab sular axıdan sürücü saxlanıldıVİDEO
Bakı, 23 iyul, AZƏRTAC
Bir neçə gün əvvəl sosial şəbəkələrdə Abşeron suvarma kanalına naməlum avtomobillə çirkab sularının axıdılması barədə məlumat yayılıb. Məlumat dərhal Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC –a bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsində aparılan araşdırmalar zamanı qeyd edilən çirkab suların kanala “ZİL MMZ” markalı 99-SR-115 dövlət qeydiyyat nişanlı, Sabunçu rayon sakini Hümbət Hümbətovun idarə etdiyi avtomobildən axıdıldığı məlum olub.
Sürücü dərhal müəyyən edilərək Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsində gətirilib. O, izahatında qeyd edilən hadisəni törətdiyini və əməlindən peşman olduğunu bildirib.
Hümbət Hümbətov barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və o, ciddi xəbərdarlıq edilərək cərimə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]