REGİONLAR


Abşeron uşaq incəsənət məktəbinin şagirdləri Sumqayıtda hesabat konserti ilə çıxış edib

Sumqayıt, 12 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər S.Rüstəmov adına uşaq incəsənət məktəbində Abşeron rayon Mehdiabad qəsəbə uşaq musiqi məktəbinin kollektivi hesabat konserti ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, konsertdə məktəbin xor kollektivinin ifasında S.Rüstəmovun, E.Sabitoğlunun, İ. Abdullayevin, H.Xanməmmədovun mahnıları səsləndirilib.

Həmçinin nağara sinfinin yetirmələrindən ibarət ansambl “Yallı”, xanəndəlik sinfi şagirdləri “Qarabağ şikəstəsi”, sazçalanlar ansamblı “Azərbaycanım” mahnılarını, solistlər isə F.Əmirovun, P.Çaykovskinin, D.Şostakoviçin, V.Montinin, L.Şittenin əsərlərini ifa ediblər.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi, Əməkdar mədəniyyət işçisi Mehman Şükürov dərs ilinin müvəffəqiyyətlə başa çatması münasibətilə şagirdləri təbrik edib, onlara yeni uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.