REGİONLAR
Abşeron və Qubadlı rayon gənclərinin birgə videokonfransı keçirilib
Xırdalan, 30 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron və Qubadlı Rayon Gənclər və İdman idarələrinin birgə təşkilatçılığı ilə hər iki rayonun fəal gənclərinin iştirakı ilə onlayn formatda konfrans keçirilib. “Biz birlikdə güclüyük!” devizi altında baş tutan tədbirin məqsədi Ermənistanın ölkəmizə hərbi təcavüzünə və törətdiyi təxribatlara qarşı mübarizədə gənclərin fəal səfərbər olunması işinə töhfə verməkdir.
AZƏRTAC xəbər verir ki, konfransda Abşeron və Qubadlı Rayon Gənclər və İdman idarələrinin rəisləri Əsgər Əmirəliyev və Natiq Abbasov, fəal gənclər çıxış edərək düşmənin ölkəmizə qarşı həyata keçirdiyi hərbi təcavüz siyasəti, mülki əhalini hədəfə alması, erməni diasporunun nümayəndələrinin xaricdəki soydaşlarımıza hücumları sərt şəkildə pislənib. Çıxışlarda bu barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında gənclərimizin üzərinə mühüm vəzifələr düşdüyü qeyd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [15:06]
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [12:08]
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək
- 19.04.2024 [11:42]
Şirvan elektrik şəbəkəsi yenidən qurulur
- 19.04.2024 [10:27]
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO
- 19.04.2024 [09:30]