REGİONLAR


Abşeron və Sumqayıtda qurbanlıq heyvanların satışının və kəsiminin təşkili məmnunluqla qarşılanıb

Sumqayıt, 20 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

İyulun 20-21-i Azərbaycanda Qurban bayramıdır. Milli Məclisin 1992-ci ilin oktyabrın 27-də qəbul etdiyi “Azərbaycan Respublikasının bayramları haqqında” Qanuna əsasən, Qurban bayramı Azərbaycanda dövlət səviyyəsində qeyd edilir.

Hər il olduğu kimi, bu il də Qida Təhlükəsizliyi Agentliyi bu münasibətlə paytaxtda və bölgələrdə qurbanlıq heyvanların kəsimini təşkil edib.

Sumqayıt şəhərində qurbanlıq heyvanların satışı və kəsimi üçün iki yer - İnşaatçılar küçəsi 61 və Çerkassi küçəsi, 46-cı məhəllədə “Misiroğlu” MMC ayrılıb.

Hər iki məkanda olan AZƏRTAC-ın müxbiri xəbər verir ki, bir gün əvvəl burada ciddi dezinfeksiya tədbirləri görülüb. Avtomobillərin bu məkanlara girişi məhdudlaşdırılıb. Hər iki yerdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyası fəaliyyət göstərir. Heyvanların sağlamlığı və satışa yararlığı nəzarətdə saxlanılır.

Vətəndaşlar qurbanlıq heyvanları seçə, ala və oradaca kəsimini həyata keçirə bilərlər.

Şəhər sakini Rəhilə Həciyeva və ət kəsiminin təşkili ilə məşğul olan Fəxri Nəsirov müxbirimizlə söhbətində həm alıcılar, həm də satıcılar üçün yaradılan şəraitdən razılıqlarını bildiriblər. Təmizlik, nizam-intizam, kölgəliklər, fasiləsiz su təchizatı ciddi hazırlıqdan xəbər verir.

Bu şərait Abşeron rayonunda yaradılan 4 yerdə də müşahidə olunub. Xırdalan şəhəri, Quşçuluq massivi, “Səhliyalı” kiçik müəssisəsi yalnız heyvan kəsimi, Novxanı kəndi, H.Əliyev küçəsi 1, “Az Sağlam Qida” MMC–də, Aşağı Güzdək qəsəbəsində “Canət” MMC və Məmmədli kəndində kəsim və satış mütəşəkkil şəkildə aparılıb.

Qeyd edək ki, dünya müsəlmanlarının mənəvi birlik rəmzi olan Qurban bayramının Azərbaycanda hər il yüksək səviyyədə qeyd olunması dövlətimizin milli-mənəvi dəyərlərimzə göstərdiyi diqqətin parlaq təzahürüdür. Bu günlər ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlığı və firavanlığı üçün Allaha dualar səslənir, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.

Bütün islam aləmində ən müqəddəs bayram – Qurban bayram mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbandan bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.