İQTİSADİYYAT


“Abşeron” yatağının İşlənmə Proqramı noyabrda SOCAR-a təqdim ediləcək

Bakı, 19 sentyabr, AZƏRTAC

“Abşeron” yatağının İşlənmə Proqramı noyabrda SOCAR-a təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib. O bildirib ki, bu ilin sonundan “Abşeron” yatağında kəşfiyyat qazması davam etdiriləcək. Qazma işləri Heydər Əliyev adına yarımdalma qazma qurğusundan həyata keçiriləcək.

Hazırda Hasilatın Pay Bölgüsü sazişi üzrə podratçı tərəfindən “Abşeron” yatağının İşlənmə Proqramı hazırlanır. Bu ilin noyabrında İşlənmə Proqramının SOCAR-a təqdim edilməsi, ilkin qaz hasilatının isə 2019-cu ilin sonunda nəzərdə tutulub.

Qeyd edək ki, “Abşeron” yatağı 2011-ci ilin sentyabrında dənizin 350-550 metr olan sahəsində kəşf olunub. “Abşeron” yatağının karbohidrogen ehtiyatları 350 milyard kubmetr qazdan və 45 milyon ton kondensatdan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.