REGİONLAR


Abşeronda COVID-19 əleyhinə növbəti reyd keçirilib

Xırdalan, 23 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polisi (DYP) Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə növbəti nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, reyd zamanı ictimai nəqliyyatda və taksilərdə tibbi maskadan istifadə etməyən sərnişinlər və sürücülər yol polisləri tərəfindən müəyyən edilərək cərimələniblər.

Belə hallara yol verən avtobus sürücüləri barəsində ciddi tədbirlər görülüb. Həmçinin taksilərdə sərnişinlərlə sürücülər arasında quraşdırılmalı olan şəffaf arakəsmələrdən istifadə etməyən şəxslər də cərimə ediliblər.

Tədbirlər çərçivəsində polis əməkdaşları tərəfindən Xırdalan şəhər sakinləri ilə fərdi profilaktik söhbətlər aparılıb, onlara pandemiya ilə mübarizənin vacibliyi və qanunun tələbləri izah edilib.

Profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.