REGİONLAR


Abşeronda COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib

Xırdalan, 19 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron rayonunda COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə mütəmadi olaraq həyata keçirilən maarifləndirmə, təbliğat tədbirləri bu dəfə Mehdiabad, Fatmayi, Novxanı, Məhəmmədi, Digah və Görədil kənd və qəsəbələrində davam etdirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC–a bildirilib ki, Abşeronda yaradılmış operativ qərargahın üzvlərinin, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşlarının və könüllülərdən ibarət mobil qrupların birgə iştirakı ilə fəaliyyətinə icazə verilən obyektlərə baxış keçirilib, sakinlərlə söhbətlər aparılıb.

Satıcı və alıcıların tibbi maskalardan istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha diqqətə çatdırılıb. Kafe və restoranlarda karantin rejiminin tələblərinə riayət olunması üçün sözügedən obyektlərə də baxış keçirilib.

Aparılan monitorinqlər zamanı əksər iaşə obyektlərində Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun şəraitin yaradıldığı, qaydalara, ümumilikdə, düzgün riayət edilməsi müşahidə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.