REGİONLAR


Abşeronda Dünya kubokunun qalibi mükafatlandırılıb

Xırdalan, 15 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron Rayon İcra Hakimiyyətində Ukraynanın Koblevo şəhərində keçirilən universal döyüş növü üzrə Dünya kubokunun birincisi, 11 yaşlı Səma Abbasova ilə görüş keçirilib. Görüşdə rayon icra hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Təhsil şöbəsinin nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Abşeronlu yeniyetməni əldə etdiyi böyük nailiyyətə görə təbrik edən rayon rəhbəri S.Abbasovanın belə mötəbər yarışda qələbə qazanmasının ölkə idmanı adına yüksək nailiyyət kimi dəyərləndirib.

İdmançının anası Elnarə Nəsirova da qızının artıq 3 ildir idmanın universal döyüş növü üzrə ciddi şəkildə məşğul olduğunu, gələcəkdə daha böyük nailiyyətlər əldə etməyi qarşısına əsas məqsəd qoyduğunu qeyd edib. Göstərilən diqqətə görə təşəkkürünü bildirən E.Nəsirova övladının daim qayğı ilə əhatə olduğunu bildirib.

Görüşün sonunda idmançiya əldə etdiyi uğurlara görə fəxri fərman və pul mükafatı təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.