REGİONLAR
Abşeronda Ümummilli Liderin anadan olmasının 96-cı ildönümü qeyd edilib
Xırdalan, 11 may, Ətrabə Rzayeva, AZƏRTAC
Mayın 10-da Abşeron rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Xırdalan şəhərindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirilib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığı barəsində geniş məlumat verilib. Ulu Öndərin Abşeron rayonuna etdiyi səfərlərdən söz açılıb. Onun xalqımız, dövlətimiz üçün, respublikamızın inkişafı naminə həyata keçirdiyi çoxsaylı işlərdən, ölkəmizin dünya dövlətləri içərisində tanınmasında, söz sahibi olmasında göstərdiyi fəaliyyətlərdən danışılıb.
Qeyd edilib ki, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan Milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir.
Tədbir respublikanın tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]