CƏMİYYƏT


Abşeronda antisanitar şəraitdə fəaliyyət göstərən alkoqolsuz içkilər sexi aşkar edilib

Bakı, 16 iyun, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Abşeron rayonunun Masazır kəndində fiziki şəxs Səfərov Cavanşir Zülfüqar oğluna məxsus alkoqolsuz içkilərin istehsalı sexinə baxış keçirilib.

Baxış zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb. Sexdə xammal və hazır məhsulların saxlama rejimlərinə riayət edilmədiyi, işçilərin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.