REGİONLAR


Abşeronda baş verən yol qəzasında 1 nəfər ölüb

Xırdalan, 15 avqust, AZƏRTAC

Abşeronda baş verən yol qəzasında 1 nəfər ölüb.

Hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı yolunun 14-cü kilometrliyində Abşeron rayonu ərazisində baş verib.

AZƏRTAC xəbər verir ki, 1993-cü il təvəllüdlü Xəlilli Sənan İlham oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobil qarşıda gedən “Tatra” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində sürücü ölüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.