REGİONLAR


Abşeronda əmisinin evindən 8 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb

Xırdalan, 17 fevral, AZƏRTAC

Abşeron rayonunun Novxanı kəndində oğurluq edən şəxs saxlanılıb.

Rayon Polis İdarəsindən AZƏRTAC–a bildirilib ki, kənddə bir mənzildən oğurluq edilməsi barədə daxil olan məlumatla bağlı dərhal hadisə yerinə baxış keçirib və əməliyyat-istintaq tədbirlərinə başlanılıb.

Çox keçmədən baş vermiş hadisənin üstü "isti izlərlə” açılıb. Polis əməkdaşları, öz əmisinin evindən 8 min manatlıq qızıl-zinət əşyaları oğurlayan Mətləb Cavadovu tutaraq istintaqa təhvil verib. O, ilkin ifadəsində hadisədən peşman olduğunu və bu cinayəti narkotik maddə aludəsi olduğu üçün törətdiyini etiraf edib.

Əvvəllər də məhkumluq həyatı yaşayan Mətləb Cavadov oğurluq yolu ilə əldə etdiyi qızılların bir hissəsini Sumqayıtda, qalanını isə ayrı-ayrı şəxslərə pul müqabilində satdığını bildirib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.