İQTİSADİYYAT
Abşeronda külək dam örtüyünü elektrik xəttinin üzərinə aşırıb
Bakı, 23 mart, AZƏRTAC
Gecədən əsən güclü külək Abşeron rayonu ərazisində bir sıra fəsadlar törədib. Güclü külək martın 23-də səhər saatlarında rayonun Saray qəsəbəsi sakinin evinin dam örtüyünü uçurub.
“Azərişıq” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dam örtüyünün ərazidən keçən elektrik enerjisi xəttinin üzərinə düşməsi nəticəsində qəsəbə ərazisinin bir hissəsinin elektrik enerjisi verilişində fasiləyə səbəb olub, infrastruktura ciddi ziyan dəyib.
Qəzanın nəticələrini aradan qaldırmaq üçün hadisə yerinə ASC-nin əməkdaşları cəlb edilib.
"Azərişıq"dan bildirilib ki, istehlakçıların elektrik enerjisi ilə təchizatı ən qısa zamanda bərpa ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]