CƏMİYYƏT


Abşeronda mübahisə zamanı odlu silahdan istifadə edən şəxslər saxlanılıb VİDEO

Abşeronda mübahisə zamanı odlu silahdan istifadə edən şəxslər saxlanılıb VİDEO

Bakı, 7 dekabr, AZƏRTAC

Bir neçə gün əvvəl Xırdalan şəhəri ərazisində odlu silahdan atəş açılması ilə bağlı Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, idarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində müəyyənləşdirilib ki, Xırdalan şəhər sakini Səlcuq Osmanlı tanışı Məmmədhüseyn Qurbanovla birlikdə əvvəlcədən etdikləri mübahisəni davam etdirmək məqsədilə Xırdalan şəhəri ərazisində Tural Qurbanzadə və Səbuhi Əliyevlə görüşüb. Sonra S.Osmanlı üzərində olan odlu silahla həmin şəxslərə və onların olduqları “Toyota” markalı avtomobilə atəş açıb.

Rayon polis idarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində odlu silahdan istifadə edən Səlcuq Osmanlı, həmçinin Məmmədhüseyn Qurbanov, mübahisənin digər iştirakçıları Tural Qurbanzadə və Səbuhi Əliyev saxlanılıb. S.Osmanlının yaşadığı evə baxış zamanı hadisə vaxtı istifadə etdiyi bir “Makarov” markalı tapança, 14 patron və 1 daraq aşkarlanıb. Bundan əlavə, hadisə yerindən 7 boş giliz də götürülərək ekspertizaya təqdim edilib. Ondan aşkarlanan “Makarov” markalı tapançanın digər hadisələrdə istifadə olunub-olunmamasının müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.