REGİONLAR


Abşeronda narkomaniyaya və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizə aparılır

Xırdalan, 22 may, Ətrabə Rzayeva, AZƏRTAC 

Cari ilin əvvəlindən Abşeron rayonunda kriminogen vəziyyət sabit olub, cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmini sahəsində əvvəlki illərin müsbət nəticələri də qorunub saxlanılıb.

AZƏRTAC xəbər verir ki, 2018-ci il ərzində törədilmiş ağır və xüsusilə ağır cinayətlərin 88,9 faizinin açılması təmin edilib, 36 cinayətkar qrup ifşa olunub, narkomaniyaya və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ciddi şəkildə davam etdirilib, o cümlədən 15,9 kiloqram qanunsuz narkotik maddə aşkar edilərək, dövriyyədən çıxarılıb.

Rayon polis idarəsi, gənclər və idman idarəsi və təhsil şöbəsi ilə birlikdə “Narkomaniya bəşəri bəladır” və “Qeyri-ənənəvi dini təriqətlərə, dini radikalizmə qarşı mübarizə” mövzularında rayonun şəhər, qəsəbə və kəndlərində 39 görüş və tədbirlər keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.