REGİONLAR


Abşeronda şahmat turnirinin qalibləri mükafatlandırılıb

Sumqayıt, 7 may, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən silsilə tədbirlər davam etdirilir. Tədbirlər planına uyğun olaraq, rayonun idarə, müəssisə və təşkilatlarında, səhiyyə, təhsil, mədəniyyət ocaqlarında konfranslar, sərgilər təşkil edilir, Ulu Öndərin elmi-nəzəri irsi, idarəetmə fəlsəfəsi öyrənilir.

AZƏRTAC xəbər verir ki, bu tədbirlər çərçivəsində Abşeron Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası rayon təşkilatı, Abşeron rayon Gənclər və İdman idarəsinin və Abşeron Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan şahmatçılar arasında təsnifat turnirinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xırdalandakı Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova bildirib ki, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri var. Qeyd edilib ki, Ulu Öndər irsinin təbliği və qorunması istiqamətində həyata keçirilən tədbirlər, xüsusilə məktəblilər arasında bu kimi tədbirlərin keçirilməsi Heydər Əliyev irsinin daha dərindən öyrənilməsinə töhfə verir.

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, onun idmana qayğısı haqqında çıxış edib. Natiq Ümummilli Liderin əsasını qoyduğu siyasi kursa sadiqlik nümayiş etdirilməsini, partiyanın Sədri, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasət yürütməsini, Azərbaycan gəncliyinə və idmanın inkişafına diqqət və qayğı göstərməsini xüsusilə vurğulayıb.

Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev turnirin 9 turdan ibarət olduğunu və İsveçrə sistemi üzrə keçirildiyin bildirib. O, turnirə 8, 10, 12, 14 və 16 yaş kateqoriyaları üzrə 68 oğlan və qızın qatıldığını qeyd edərək, iştirakçıların A və B qruplarında turnirin qalibi uğrunda mübarizə apardığını diqqətə çatdırıb.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın qalibləri elan olunub, onlara diplom, medal və kubok təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.