REGİONLAR


Abşeronda sakinlərin qaldırdıqları problemlər rayon rəhbərliyinin diqqət mərkəzindədir

Xırdalan, 28 may, Ətrabə Rzayeva, AZƏRTAC

Prezident İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Abşeron rayonunda silsilə vətəndaş qəbulları keçirilir.

AZƏRTAC xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında reallaşan ənənəvi vətəndaş qəbulunda rayon rəhbəri Abdin Fərzəliyev, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak ediblər.

Sakinlər bəzi tikinti şirkətlərində üzləşdikləri problemlərin aradan qaldırılmasında, mülkiyyət hüquqlarının tanıdılmasında, işlə təmin olunmaqda köməklik göstərilməsi haqqında müraciət ediblər.

Növbəti görüş Pirəkəşkül-Qobustan kəndlərinin sakinləri ilə təşkil olunub. Səyyar-qəbulda çıxış edən Abdin Fərzəliyev Abşeron rayonunda əhalinin sürətli artımının müşahidə olunduğunu və bununla əlaqədar olaraq bir sıra ehtiyacların meydana gəldiyini, məktəb və bağçalarda sıxlığın yarandığını bildirib. Rayonun kənd və qəsəbələrində olan problemlərin öyrənildiyini və onların tez bir zamanda həlli istiqamətində proqramların hazırlandığını vurğulayan A.Fərzəliyev Abşeronda həyata keçirilən infrastruktur layihələri barəsində də məlumat verib.

Sonra Pirəkəşkül kənd və eyni nümayəndəlikdə birləşən Qobustan yaşayış məntəqəsinin sakinləri çıxış edərək kənd ərazisində müasir standartlara uyğun yolun çəkildiyini qeyd edərək buna görə Prezident İlham Əliyevə minnətdarlıqlarıını bildiriblər.

Sakinlər kənd ərazisində içməli suyun verilmə saatının və müddətinin artırılmasında, yağışlı və küləkli havalarda elektrik enerjisinin təminatında yaranan problemlərin aradan qaldırılmasında, inşası yarımçıq qalmış bağça binasının tikintisinin başa çatdırılmasında, tibb işçilərinin sayının artırılmasında, kəndlərin mərkəzi küçələrinə asfalt örtüyünün çəkilməsində, təhlükəsizlik kameralarının quraşdırılmasında, marşrut avtobuslarının sayının artırılmasında və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.

Qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.