CƏMİYYƏT


Abşeronda şəhid Asəf Nəsibovun ailəsinə mənzil verilib

Bakı, 11 iyun, AZƏRTAC

Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Asəf Səfəralı oğlu Nəsibovun ailəsi sosial tərəfdaşın dəstəyi ilə mənzillə təmin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Abşeron rayonunda yeni yaşayış binalarından alınmış ikiotaqlı mənzilin sənədləri Sosial Xidmətlər Agentliyinin rəsmisi və sosial tərəfdaş olan iş adamı Müşviq Həsənovun iştirakı ilə şəhidin atası Səfəralı Nəsibova təqdim edilib.

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, bu il dövlət hesabına 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Bu ilin planı üzrə artıq 500 mənzil sahiblərinə təqdim edilib.

Özəl sektorun nümayəndələri də sosial məsuliyyət, həmrəylik prinsipindən çıxış edərək şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı proqramının genişlənməsinə öz töhfələrini verirlər. Şəhid Asəf Nəsibovun ailəsinə bu gün yeni mənzil təqdim edilməsi də bunun daha bir nümunəsidir.

Səfəralı Nəsibov dövlət başçısının şəhid ailələrinə yüksək diqqət və qayğısından razılığını ifadə edib. O, yeni mənzillə təmin olunduğuna görə təşəkkürünü bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.