REGİONLAR


Abşeronda şəhid ailələri ziyarət olunub

Xırdalan, 21 mart, AZƏRTAC

Novruz bayramı günlərində Abşeron rayonunda şəhidlərin məzarları və şəhid ailələri ziyarət olunub.

AZƏRTAC xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Vətən müharibəsi şəhidlərinin, o cümlədən 2022-ci ilin sentyabr ayında düşmənin növbəti hərbi təxribatlarının qarşısını alarkən qəhrəmanlıq göstərmiş şəhidlərin məzarlarını ziyarət edib, onların ruhuna dualar oxuyaraq, əziz xatirələri hörmətlə yad ediblər. Daha sonra onlar şəhidlərin ailə üzvlərinə baş çəkib, şəhid ailələrinin qayğıları və problemləri ilə maraqlanıblar.

Görüşlərdə Azərbaycanın döyüş meydanında qazandığı qələbədən sonra tarixi torpaqlarımızda həyata keçirilən quruculuq-abadlıq işlərindən danışılıb, Silahlı Qüvvələrin qarşıya qoyulmuş bütün vəzifələrə çatmaq gücündə olması qeyd edilib. Bildirilib ki, artıq üçüncü dəfədir Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza Novruz təbriklərini doğma Qarabağ diyarından səsləndirir. Ölkə Prezidenti İlham Əliyev bayram təbrikində qeyd edib ki, biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etmişik. “44 gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir. Qırx dörd gün ərzində Azərbaycan xalqı ordumuzun arxasında dayaq kimi, yumruq kimi birləşdi. Biz işğal edilmiş torpaqları qan tökərək azad etdik”.

Şəhid ailələri də öz növbələrində dövlət tərəfindən onlara daima diqqət və qayğının göstərildiyini, bu qayğını da həyatlarının hər bir anında hiss etdiklərini qeyd edərək, Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.