CƏMİYYƏT
Abşeronda stomatologiyanın aktual məsələlərinə həsr olunan səyyari kurs keçirilib
Bakı, 18 aprel, AZƏRTAC
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrası Abşeron Mərkəzi Rayon Xəstəxanasında "Stomatologiyanın aktual məsələləri" mövzusunda səyyari kurs keçirib.
İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, on gün davam edən kursun əsas məqsədi Abşeron rayonunda çalışan stomatoloqların stomatologiya və üz-çənə cərrahiyyəsi sahəsində praktik bacarıqlarının təkmilləşdirilməsindən ibarət olub.
İnstitutun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Oqtay Seyidbəyovun rəhbərliyi ilə kafedranın professor-müəllim heyəti tərəfindən aparılan kurs zamanı həkimlərə stomatologiya və üz-çənə cərrahiyyəsinin aktual məsələləri haqqında geniş məlumat verilib, qarşıya çıxan çətinliklərin aradan qaldırılması yolları göstərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]