REGİONLAR


Abşerondakı uşaq bağçaları fəaliyyətə başlamağa hazırdırlar

Xırdalan, 16 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron Rayon İcra Hakimiyyəti rayon ərazisində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin müdirləri ilə videokonfrans təşkil edib. Bu il oktyabrın 1-dən açılacaq bağçalarda görüləcək işlərə həsr olunan konfransda bildirilib ki, rayonun bütün bağçalarında dezinfeksiya tədbirləri görülüb və bu işlər davam etdirilir.

AZƏRTAC xəbər verir ki, konfransda rayon ərazisindəki məktəbəqədər təhsil müəssisələrinin pandemiya dövründə fəaliyyətə başlamasına hazır olduğu bildirilib. Qeyd edilib ki, COVID-19 pandemiyası dövründə açılacaq bağçalarda Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi əməl olunacaq. Məktəbəqədər təhsil müəssisələrinin dezinfeksiyaedici məhlullarla, məsafədən hərarəti ölçən aparatlarla təminatı istiqamətində lazımi tapşırıqlar verilib, bağçalarda vətəndaş və uşaq qəbuluna, sosial məsafənin qorunmasına ciddi nəzarətin həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Hər bir işçinin COVID-19 testindən keçməli olduğu vurğulanıb, bağçalarda gündəlik gigiyenaya, qida rasionuna xüsusi diqqət yetirilməsinin labüdlüyü bildirilib.

Daha sonra bağça müdirlərinin fikirləri dinlənilib, lazımi tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.