REGİONLAR


Abşerondan olan Vətən müharibəsi şəhidlərinin xatirəsinə ağacəkmə aksiyası təşkil edilib

Xırdalan, 23 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron rayonunun Məmmədli kəndində torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsinə ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Abşeron rayonunun Məmmədli kəndində yerləşən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ərazisində Vətən müharibəsində canlarını qurban verən Abşerondan olan 94 şəhidin hər birinin adına şam ağacı əkilib, xatirələri bir daha yad olunub.

Aksiyada gənc könüllülərlə yanaşı, şəhid valideynləri də iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.