REGİONLAR


Abşeronlu gənc musiqiçinin uğuru

Sumqayıt, 15 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının praktiki və elmi-eksperimental bazası - Orta ixtisas musiqi məktəbi studiyasının 40 illiyinə həsr edilən “Müxtəlif ölkələrin musiqi ədəbiyyatını öyrənirik” gənc musiqiçilərin beynəlxalq müsabiqəsi keçirilib. Müsabiqəyə 128 iştirakçı qatılıb.

AZƏRTAC xəbər verir ki, iştirakçılar arasında Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq incəsənət məktəbinin fortepiano sinfinin şagirdi Fatimə Abbasova olub. O, fin bəstəkarı Yan Sibeliusun “Küknar ağacı” və lya minor Etüdünü ifa edib. Gənc musiqiçi müsabiqənin 9-12 yaş kateqoriyasında diplomant adına layiq görülüb.

Fatimənin uğurunu müəlliməsi Yeganə Həsənova bölüşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.