Abşeronlu gənc tarzənin uğuru
AzerTAg.az
Xırdalan, 26 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbi növbəti uğura imza atıb. Məktəbin tar sinfi üzrə şagirdi Baqir Babayev III “Caspi Art İnternet Musik & Danse Türkey” Beynəlxalq müsabiqəsinin qalibləri sırasında yer alıb.
AZƏRTAC xəbər verir ki, oktyabr ayında online keçirilən müsabiqəyə Rusiya, Ukrayna, Belarus, Türkiyə, Qazaxıstan, Portuqaliya və digər ölkələrin iştirakçıları ilə yanaşı, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin tar ixtisası üzrə IХ sinif şagirdi Baqir Babayev də qatılıb. Gənc tarzənin ifa etdiyi Qara Qarayevin “Yeddi gözəl” baletindən vals, N.Rimski Korsakovun “Arı uçuşu” əsəri və “Cahargah“ muğamı münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Müsabiqənin yekun nəticələrinə görə, Baqir Babayev I dərəcəli diploma və müsabiqənin laureatı adına layiq görülüb.


Xəbərin mətnində orfoqrafik səhv var