REGİONLAR
Abşeronlu güləşçi Avropa çempionu olub
Xırdalan, 13 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron güləş məktəbinin yetirməsi İslam İlyasov Avropa çempionu olub. O, Bolqarıstanın Plovdiv şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış edib.
Abşeron Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev AZƏRTAC-a bildirib ki, 23 yaşadək güləşçilər arasında gücünü sınayan İslam İlyasov (97 kq) yarışa 1/4 finaldan başlayıb. Gürcü Riveri Mitsiturini 5:0 hesabı ilə xalçadan məyus yola salan güləşçimiz adını yarımfinala yazdırıb.
İ.İlyasov final yolunda macar Riçard Veqlə münasibətləri aydınlaşdırıb və rəqibini 6:1 hesabı ilə məğlub edib. İslam qızıl medal uğrunda alman Yohan Mayerlə mübarizə aparıb. Həmyerlimiz görüşün sonlarına yaxın hesabda geri düşsə də, əzmkarlıq nümayiş etdirərək son saniyədə ona qələbə qazandıran fəndi uğurla icra edib və Avropa çempionu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]
Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib
- 19.04.2024 [15:06]